Home » İpoteka mübahisələrində əsas şərtlər açıqlanıb

İpoteka mübahisələrində əsas şərtlər açıqlanıb

by Zeyneb
0 comments 2 views 1 minutes read

İpoteka ilə bağlı məhkəmə işlərində əsas hüquqi şərtlər izah edilib.

Bu barədə Naxçıvan Ali Məhkəməsi-nin Kommersiya kollegiyasının sədri Səxavət Bəylərli məlumat verib.

Onun sözlərinə görə, ipoteka mübahisələrində ən vacib məqamlardan biri ipoteka saxlayanın (iddiaçının) ipoteka qoyana əmlaka tutmanın yönəldilməsi barədə bildiriş təqdim etdiyini sübut etməsidir. Bu fakt mütləq şəkildə məhkəməyə təqdim olunmalıdır.

S.Bəylərli bildirib ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı məhkəmə qərarında bir sıra mühüm məlumatlar öz əksini tapmalıdır. Bunlara, ilk növbədə, ipoteka predmetinin mühafizəsi və satışı ilə bağlı xərclər çıxıldıqdan sonra əmlakın dəyərindən ipoteka saxlayana ödəniləcək məbləğ daxildir.

Eyni zamanda qərarda ipoteka predmetinin ətraflı təsviri verilməlidir. Bu çərçivədə vətəndaşa məxsus əmlakın ünvanı, sahəsi və digər vacib göstəricilər qeyd olunmalıdır.

Bundan əlavə, ipoteka predmetinin bazar dəyəri də müəyyən edilməlidir. Bu dəyər tərəflərin razılığı əsasında və ya məhkəmə tərəfindən cəlb olunan qiymətləndirici təşkilat vasitəsilə təyin edilir.

Qeyd olunub ki, zərurət yarandıqda ipoteka predmetinin satışınadək onun mühafizəsinin təmin olunması ilə bağlı tədbirlər də məhkəmə qərarında əks etdirilməlidir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.