Home » Fransada büdcə kəsiri 106,8 milyard avroya yüksəlib

Fransada büdcə kəsiri 106,8 milyard avroya yüksəlib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu ilin ilk yarısında Fransanın dövlət büdcəsi 106,8 milyard avro kəsirlə icra olunub.

Bu barədə Fransanın Dövlət Hesabları Nazirliyi məlumat yayıb.

Məlumata görə, büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 milyard avro və ya 6,4 % artıb.

Qiymətləndirmələrə əsasən, kəsirin böyüməsi ölkədə dövlət maliyyəsinin sağlamlaşdırılması istiqamətində çətinliklərin hələ də davam etdiyini göstərir.

Eyni zamanda, “Reuters” agentliyinin məlumatına görə, Fransa hökuməti 2026-cı ildə dövlət idarəetmə sektorunun ümumi büdcə kəsirini ÜDM-in 5 %-i səviyyəsində saxlamaq hədəfinə çata bilməmək riski ilə üzləşib. Bildirilir ki, iyul ayında maliyyə naziri Rolan Leskyur iqtisadi artım proqnozunun zəifləməsindən sonra bu məqsədə nail olmağın çətin olacağını etiraf edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.