1

2025-ci ilin birinci yarısında Fransanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 60 milyon 473 min ABŞ dolları təşkil edib.
BBN.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 dəfə və ya 53 milyon 433 min dollar çoxdur. Müqayisə üçün, 2024-cü ilin yanvar-iyun aylarında Fransadan Azərbaycana yatırılan investisiyaların həcmi cəmi 7 milyon 40 min dollar olmuşdu.







