Home » Füzuli şəhərinə köçürülən sakinlərdən artıq 1000-dən çox şəxsin məşğulluğu təmin edilib

Füzuli şəhərinə köçürülən sakinlərdən artıq 1000-dən çox şəxsin məşğulluğu təmin edilib

by anar
0 comment 1 views 1 minutes read

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si Füzuli şəhərinin və ətraf kəndlərinin erməni işğalından azad edildiyi gün kimi tariximizə yazılıb.

Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 17 oktyabr – Füzuli Şəhəri Günü kimi qeyd edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işlərini aparır. Füzuli şəhərinə köçürülən sakinlərdən də artıq 1018 nəfərin məşğulluğu təmin edilib.

Özünüməşğulluq proqramı çərçivəsində həmin sakinlərdən 35 nəfəri  üçün kiçik təsərrüfatlar qurulub, yaxın günlərdə daha bir qrup sakin üçün də təsərrüfatlar yaradılacaq. Sakinlərdən 28 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.

.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.