Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bölgələrdə əmək yarmarkalarının təşkili davam etdirilir.
Bu dəfəki aktiv məşğulluq tədbiri Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Gəncə şəhərində keçirilib.
Tədbirdə Məşğulluq filialı, Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı, Gəncə Regional Turizm İdarəsi, KOBİA Gəncə-Qazax regional koordinatorluğunun nümayəndələri və işəgötürənlər iştirak edib.
Yarmarkada 18 müəssisə iştirak edib və 156 vakansiya təqdim edilib.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.