Home » Gəncə və Bərdədə keçirilən əmək yarmarkalarında 250-yə yaxın vakansiya təqdim edilib

Gəncə və Bərdədə keçirilən əmək yarmarkalarında 250-yə yaxın vakansiya təqdim edilib

by anar
0 comment 2 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bölgələrdə əmək yarmarkalarının təşkili davam etdirilir.

Növbəti əmək yarmarkaları Gəncə və Bərdədə keçirilib.

Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Gəncə şəhərində təşkil edilən aktiv məşğulluq tədbiri Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “ASAN Kadr” karyera mərkəzinin dəstəyi ilə baş tutub. Yarmarkada 28 müəssisə iştirak edib və 145 vakansiya təqdim edilib.

Qarabağ Regional Məşğulluq filialı tərəfindən Bərdə şəhərində təşkil edilən yarmarkada isə 10 müəssisə tərəfindən 98 vakansiya təqdim edilib.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.