Home » Gənclər Fondu auditor seçir

Gənclər Fondu auditor seçir

by Zeyneb
0 comments 0 views 1 minutes read

Gənclər Fondu 2025-ci il üzrə maliyyə hesabatlarının auditi xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib.

Kotirovkada iştirak haqqı 23 manat təşkil edir.

İddiaçılar təkliflərini fevralın 19-dək Fondun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 93 ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 19-da saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.

Məlumata görə, ötən il keçirilmiş analoji kotirovka sorğusunun qalibi “Tax Audit” MMC olub və şirkətə 2 800 manat ödəniş edilib.

Qeyd edək ki, Gənclər Fondu Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb, 7 mart 2018-ci il tarixli fərmanla isə publik hüquqi şəxs statusu alıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.