1

5 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “GL” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2038020288 |
| İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
| İstiqrazların sayı | 2,000 ədəd |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| İstiqrazların buraxılış həcmi | 2,000,000 manat |
| İllik gəlirlilik faizi | 15% |
| Ödəmə Periodu | Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir |
| Tədavül müddəti | 7 il |
| Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
| Anderrayter | “İnvest-AZ İnvestisiya Şirkəti” QSC |







