Home » “Goldman Sachs”: “Faiz endiriminə tələsmək olmaz”

“Goldman Sachs”: “Faiz endiriminə tələsmək olmaz”

by yunus
0 comments 0 views 1 minutes read

Goldman Sachs-ın baş icraçı direktoru David Solomon ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaltması ilə bağlı proqnozlara ehtiyatlı münasibət göstərib.

BBN.az xəbər verir ki, Solomon bildirib ki, hazırkı pul siyasəti “xüsusilə sərt” sayılmır və investorların risk iştahı hələ də yüksəkdir.

Barclays-in Maliyyə Xidmətləri Konfransında çıxış edən bank rəhbəri bazar əhval-ruhiyyəsini “eyforik diapazonun son nöqtəsi” kimi qiymətləndirib. Onun sözlərinə görə, beynəlxalq ticarət siyasətlərindəki gərginliklər iqtisadi artıma mane olur və bu, şirkətlərin sərmayə marağını zəiflədir.

“Hazırkı iqtisadi mühit həm imkanlar, həm də risklərlə doludur. Belə şəraitdə qərarvericilər faiz endirimlərinə tələsmək əvəzinə, daha ehtiyatlı davranmalıdırlar,” – deyə Solomon qeyd edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.