Home » Google-a qarşı 2,1 milyard avro təzminat iddiası

Google-a qarşı 2,1 milyard avro təzminat iddiası

by yunus
0 comment 1 views 1 minutes read

Avropa mərkəzli hüquq firmaları Geradin Partners və Stek tərəfindən edilən açıqlamada, 17 ölkədən 30-dan çox Avropa media təşkilatının Google-a qarşı məhkəmə prosesi başlatdığı bildirilib.

BBN.az bu barədə Bloombergh Türkiyə-yə istinadən xəbər verir.

Açıqlamada işin Hollandiyanın Amsterdam Rayon Məhkəməsinə aparıldığı, Google-un reklam texnologiyası tətbiqlərinin rəqabətə zidd olduğu iddia edildiyi və təxminən 2,1 milyard avro təzminat tələb edildiyi ifadə edildi.

Açıqlamada Fransanın Antiinhisar və İstehlak Bazarına Nəzarət təşkilatının Google-un 2021-ci ildə reklam texnologiyası sahəsində dominant mövqeyindən sui-istifadə etdiyini müəyyən etdiyi, Avropa Komissiyasının isə 2023-cü ildə eyni məsələ ilə bağlı etiraz bəyanatı dərc etdiyi vurğulanıb.

Alman media şirkəti Axel Springer və Norveçdə yerləşən Schibsted media qrupu, o cümlədən Polşa, Finlandiya, Avstriya, Danimarka, Belçika, İsveç, İspaniya, Portuqaliya, Çexiya, İsveçrə, Rumıniya, Bolqarıstan, Slovakiya, Macarıstan, Hollandiya və Lüksemburq Google-u məhkəməyə verən şirkətlər arasında idi.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.