Home » “Google” İsveç mərkəzli şirkət tərəfindən məhkəməyə verilib

“Google” İsveç mərkəzli şirkət tərəfindən məhkəməyə verilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İsveç mərkəzli ekommersiya şirkəti “PriceRunner” texnologiya nəhəngi “Google” şirkətini məhkəməyə verib. Əsas səbəb kimi, axtarış sisteminin bazasında özünün ekommersiya xidmətinin daha çox reklam edilməsini və  bunun rəqabət mühitinə mənfi təsir etməsi göstərilib. Şirkət kompensasiya olaraq 2.1 milyard dollar məbləğində ödəniş tələb edir.

Qeyd edək ki, 2019-cu ildə oxşar səbəblərdən 40 fərqli ekommersiya şirkəti birləşib “Google” şirkətini məhkəməyə verib. Məhkəmənin yekun qərarı nəticəsində, “Google” Avropa Komissiyası tərəfindən rekord 2.4 milyard dollar məbləğində cərimələnmişdi.

Məlumat üçün bildirək ki, “PriceRunner” İsveç mərkəzli “Klarna” bankın məhsuludur və 25 fərqli ölkədən 22 min 500 fərqli mağazanın 3.7 milyondan çox məhsulunu özündə cəmləşdirir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.