Home » Halal sertifikatlaşdırma fəaliyyətlərinin çoxtərəfli/qarşılıqlı tanınması üzrə seminar keçirilib

Halal sertifikatlaşdırma fəaliyyətlərinin çoxtərəfli/qarşılıqlı tanınması üzrə seminar keçirilib

by khayale
0 comment 0 views 1 minutes read

Azərbaycan Standartlaşma İnstitutunun nümayəndəsi Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən 5-6 sentyabr tarixlərində İstanbul şəhərində “Halal sertifikatlaşdırma fəaliyyətlərinin çoxtərəfli/qarşılıqlı tanınması üzrə seminar” keçirilib.

Seminarda HAK-ın fəaliyyətləri, halal sertifikatlaşdırmada ümumi standartların zəruriliyi və əhəmiyyəti, İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC)  bu sahədə gördüyü işlər, halal sertifikatların ölkələr arasında çoxtərəfli tanınması istiqamətində SMIIC Akkreditasiya Şurası tərəfindən həyata keçirilən işlər barədə məlumat verilib.

Eyni zamanda, Halal Akkreditasiya Orqanları üçün OIC/SMIIC 3:2019 standartı və Halal sertifikatların çoxtərəfli tanınması prosesində mühüm rol oynayacaq Halal Akkreditasiya Orqanlarının İslam Forumu (IFHAB) barədə fikir mübadiləsi aparılıb.

Seminarda Azərbaycanla yanaşı, Qazaxıstan, Nigeriya, Səudiyyə Ərəbistanı və İordaniyadan olan akkreditasiya və standartlaşdırma qurumlarının nümayəndələri, həmçinin SMIIC və COMCEC (İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi)  rəsmiləri iştirak ediblər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.