
Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən Əmlak Məsələləri Dövlət Xidmətində dövlət vəsaitlərinin və balansında olan dövlət əmlakının idarə olunmasının qüvvədə olan hüquqi aktlara uyğunluğu ilə bağlı yoxlama aparıb.
Yoxlama zamanı müəyyən olunub ki, Dövlət Xidməti xaricdə fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin əmlakının yanğından və digər risklərdən sığortalanması üzrə 2015–2024-cü illər ərzində 1 milyon 316 min 462,08 manat məbləğində vəsait ödəyib. Eyni predmet üzrə Mədəniyyət Mərkəzi tərəfindən isə qeyri-rezident sığortaçıya 274 min 779,27 avro məbləğində ödəniş həyata keçirilib.
Bununla bağlı Hesablama Palatası tərəfindən Maliyyə Nazirliyinə 19 noyabr 2024-cü il tarixində rəsmi məktub göndərilib.
Qeyd edilib ki, sözügedən məsələnin icrası bu günədək təmin olunmayıb və Palata tərəfindən nəzarətdə saxlanılır.







