
2019-cu ildən elektrik mühərrikli avtomobillərin idxalı, 2022-ci ildən isə həm idxalı, həm də satışı ƏDV-dən azad edilib. Hibrid mühərrikli avtomobillər üçün də 2022-ci ildən başlayaraq 4 il müddətinə ƏDV güzəşti tətbiq olunur.
BBN.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki. O, qeyd edib ki, bu güzəştlər elektrik və hibrid nəqliyyat vasitələrinə olan marağı artıraraq ölkənin avtomobil parkının yenilənməsinə müsbət təsir göstərib.
Onun sözlərinə görə, tətbiq edilən güzəştlər elektrik və hibrid nəqliyyat vasitələrinə marağı artıraraq ölkənin avtomobil parkının yenilənməsinə müsbət təsir göstərib. Eyni zamanda, 2023-cü ildən etibarən yerli avtomobil istehsalçıları da ƏDV-dən azad olunub.
Nicat İmanov qeyd edib ki, son dövrlərdə yerli istehsalın həcmi artıb və növbəti ildən ölkədə elektrik və hibrid avtomobillərin istehsalı planlaşdırılır. Bu proses yerli sənayenin inkişafına, əlavə dəyərin formalaşmasına və lokallaşdırmanın genişlənməsinə töhfə verir.
Rəsmi bildirib ki, hazırda ölkə ərazisində istehsal olunan minik avtomobillərinin, o cümlədən elektrik və hibrid modellərin satışı 2023-cü ildən başlayaraq 10 il müddətinə ƏDV-dən azaddır.
2026-cı ildən vergi siyasətinin növbəti mərhələsinə keçid nəzərdə tutulur. Bu çərçivədə yerli istehsal edilən elektrik və hibrid avtomobilləri ƏDV-dən azad ediləcək. Bundan əlavə, yerli istehsal məqsədilə yığımı tam başa çatmamış elektrik mühərrikli avtobusların idxalı 1 yanvar 2027-ci ilədək ƏDV-dən azad olunacaq.
Xatırladaq ki, 2026-cı ilin 1 yanvarından hibrid və elektrik mühərrikli minik avtomobillərinin idxalı və satışına yenidən ƏDV tətbiq ediləcək.
APA-Economics






