Home » Elon Mask “Twitter”i satın alıb

Elon Mask “Twitter”i satın alıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sosial media nəhənglərindən olan “Twitter” son günlərdə dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bunun əsas səbəbi isə, elektromobil istehsalçısı  “Tesla” şirkətinin təsisçisi Elon Maskın şirkəti tərkibinə qatmaq istəməsidir. Elon Mask 4 aprel tarixində sözügedən sosial media qurumunun 9.2%-lik səhm payını satın alaraq şirkətin ən böyük paya sahib səhmdarına çevrilib. 2.9 milyard dollar məbləğində dəyərləndirilən bu satınalmadan sonra “Twitter” səhmlərinin birja dəyəri 26% yüksəlib.

Daha sonra isə, Elon Mask “Twitter” səhmlərinin bütövlükdə satın almaq üçün təklif irəli sürüb. Ümumilikdə, 37 milyard dollarlıq bazar kapitalizasiyasına malik  “Twitter” üçün Elon Mask səhmbaşına 54.2 dollar olmaqla ümumilikdə 44 milyard dollara yaxın məbləğ təklif edib. “Twitter” səhmlərinin birja dəyəri təklifdən dərhal sonra 10.7%-lik artım göstərib.

25 aprel tarixində “Twitter” rəhbərliyi təklif ilə razılaşdıqlarını açıqlayıb. Belə ki, hazırki səhm dəyərindən 38% yüksək olan 54.2 dollara razılaşan “Twitter” bununla da bütövlükdə Elon Maskın rəhbərliyi altına keçəcək. Maliyyə göstəricilərinə nəzər salsaq, sözügedən sosial medianın son on il ərzində yalnız 2018 və 2019-cu illərdə mənfəət əldə etdiyini görə bilərik. Son iki ildə 1.5 milyard dollara yaxın zərər edən şirkətin satın alınmasında Elon Maskın maddi gözləntilərinin olmadığı aşkardır. Öz çıxışında da bunu vurğulayan Mask əsas məqsədinin istifadəçilərin azad fikir bildirməsinə şərait yaratmasına dəstək olmaq olduğunu bildirib.

Qeyd edək ki, Elon Mask “Twitter” şirkətinin idarə edilməsi üçün Delaver ştatında tərkibində üç fərqli şirkət olan “X Holdings” holdinqini qeydiyyatdan keçirib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.