Home » ICD Azərbaycanda daha bir neçə bankla əməkdaşlıq üzrə danışıqlar aparır

ICD Azərbaycanda daha bir neçə bankla əməkdaşlıq üzrə danışıqlar aparır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycanda daha bir neçə bankla əməkdaşlıq imkanlarını müzakirə edir.

Bunu qurumun Korporativ Strategiya və Tədqiqat bölməsinin meneceri Elvin Əfəndi bildirib.

Onun sözlərinə görə, hazırda danışıqların aparıldığı bankların adları açıqlanmır. Hazırda ICD-nin Azərbaycandakı tərəfdaş bankları RabitəbankTuranBank-dir.

E. Əfəndi qeyd edib ki, Azərbaycanda İslam bankçılığının inkişafı ölkə üçün yeni imkanlar yarada bilər:

“Bu gün Azərbaycanda tam işlək İslam maliyyəsi qanunvericiliyi yoxdur. Bu qanunvericiliyin formalaşdırılması üçün Azərbaycan Mərkəzi Bankının aktiv iştirakı ilə iş görülür. Biz, İslam İnkişaf Bankı Qrupu olaraq öz dəstəyimizi veririk, texniki yardımımızı göstəririk”.

Onun sözlərinə görə, paralel olaraq “Sükuk” qanunvericiliyi ilə bağlı da işlər aparılır və məqsəd ölkədə İslam maliyyəsi üçün tam qanunvericilik ekosisteminin formalaşdırılmasıdır.

ICD rəsmisi bildirib ki, bu addımlar sahibkarların və özəl sektorun alternativ maliyyə alətlərinə çıxışını genişləndirəcək, həmçinin xarici investisiyaların cəlb edilməsinə şərait yaradacaq:

“Körfəz ölkələri, İndoneziya kimi ölkələrdə böyük həcmdə likvid kapital mövcuddur. Həmin kapitalın Azərbaycana yönəlməsi üçün İslam maliyyəsi imkanları yaradılmalıdır. Qanunvericilik formalaşdıqdan sonra bu maliyyə axını təbii şəkildə ölkəyə yönələcək”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.