Home » ICD və ABA birgə vebinarında Azərbaycanda mövcud alternativ maliyyələşdirmə aləti üzrə yol xəritəsi müzakirə olunub

ICD və ABA birgə vebinarında Azərbaycanda mövcud alternativ maliyyələşdirmə aləti üzrə yol xəritəsi müzakirə olunub

by bbnadm
0 comment 1 views 3 minutes read

İslam İnkişaf Bankı (IsDB) Qrupunun özəl sektor üzrə törəmə qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Azərbaycan Banklar Assosiasiyası (ABA) 9 mart 2022-ci il tarixində birgə vebinar keçirib və Azərbaycanda fəaliyyət göstərən potensial banklar və qeyri-bank təşkilatları üçün konkret maliyyələşdirmə həllərinin yaradılmasına yönəldilmiş dayanıqlı alternativ maliyyələşdirmə alətləri üzrə yol xəritəsini müzakirə ediblər.

Tədbirin açılışı Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev və İcraçı Direktoru Yunus Abdulov tərəfindən həyata keçirilib. ABA İslam maliyyəsini Azərbaycanda əsas iqtisadi sektorların maliyyələşdirilməsi üçün mövcud imkanlara dəstək, Azərbaycan və digər ICD üzv ölkələri arasında ticarət və investisiya sahəsində güclü iqtisadi əlaqələrin və əməkdaşlığın qurulmasına və inkişafına töhfə verə biləcək alternativ bankçılıq və maliyyələşdirmə modeli kimi görür..

Vebinarın ilkin çıxışı ICD-nin Baş İcraçı Direktoru Ayman Amin Sejiny tərəfindən edilib.

Müraciətində Ayman Amin Sejiny qeyd edib ki, “İslam maliyyəsi hazırda regionda iqtisadi artım və diversifikasiyanı təmin etmək üçün zəruri olan dayanıqlı investisiyaların maliyyələşdirilməsi sahəsində əlverişli alternativ və innovativ mənbəyə çevrilib”. O, daha sonra qeyd edib ki, İslam maliyyələşdirməsi ICD-nin 55 üzv ölkəsində və eləcə də digər ölkələrdə KOB-ların maliyyələşdirilməsi üçün əlverişli alət kimi özünü sübut edir.

Vebinarda Azərbaycanda yerli banklar və qeyri-bank maliyyə institutları vasitəsilə KOB-ların və onların layihələrinin maliyyələşdirilməsi məqsədilə alternativ maliyyələşdirmə aləti kimi “ICD Maliyyələşdirmə Məhsulları Xətti” təqdim edilib. Bu, həmçinin iştirakçılar üçün ICD-nin “İslam Pəncərəsi Məsləhət Xidmətləri” haqqında məlumat mübadiləsi imkanı yaratdı.

Yüksək rəğbətlə qarşılanan qarşılıqlı dialoq yenidən fikir mübadiləsi aparmaq və ICD-nin “Maliyyələşdirmə Məhsulları Xətti” məhsulu barəsində mümkün maliyyə imkanları ilə bağlı rəy toplamaq üçün imkan yaratdı.

Tədbir RMPD/ICD-nin MDB və Avropa üzrə rəhbəri Samir Tağıyevin moderatorluğu altında iki sessiyada təşkil olunub. Vebinarın ilkin sessiyasında əsas məruzəçi ICD-nin FI Maliyyələşdirmə və Zəmanətlər üzrə İnvestisiya üzrə Mütəxəssisi Emil Məmmədli, ikinci sessiyada isə Qlobal Bazar Səhmləri Departamentinin Məsləhət Bölməsinin Baş Mütəxəssisi Müzəffərjon Nizamidinov çıxış etdi.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) haqqında

Çoxməqsədli maliyyə institutu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) İslam İnkişaf Bankı Qrupunun üzvüdür. ICD 1999-cu ilin noyabr ayında üzv ölkələrin özəl sektor layihələrinə maliyyə vəsaiti təmin etmək, sahibkarlığı inkişaf etdirmək, hökumətlər və özəl şirkətlərə məsləhət xidmətləri göstərməklə beynəlxalq investisiyaları stimullaşdırmaq və onların iqtisadi inkişafını dəstəkləmək məqsədilə yaradılıb.

ICD Moody’s tərəfindən A2, S&P tərəfindən ‘A-’   və Fitch tərəfindən ‘A+’ reytinqi ilə dəyərləndirilib. ICD birgə və ya kollektiv maliyyələşdirmə istiqamətində tərəfdaşlıq əlaqələri qurur, həmçinin maliyyələşdirməni daha səmərəli və əhatəli etmək üçün yeni rəqəmsal texnoloji həllərin tətbiq edilməsində aktiv iştirak edir. Ətraflı məlumat üçün: https://icd-ps.org/

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.