Home » Orta Şərq ölkələrinin ən dəyərli şirkətlərinin siyahısı açıqlanıb

Orta Şərq ölkələrinin ən dəyərli şirkətlərinin siyahısı açıqlanıb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə Orta Şərq regionunda fəaliyyət göstərən şirkətlərin  dəyərinə görə sıralamasını əks etdirən “Middle East 150” hesabatını dərc edib.

Hesabata istinadən, sözügedən regionun ən dəyərli şirkəti “Saudi Aramco” olub. Trilyon dollarlıq şirkətlər siyahısında daxil olan neft-qaz nəhənginin marka dəyəri ötən ilə nisbətən 16% artaraq, 43.6 milyard ABŞ dolları olub. BƏƏ mərkəzli “ADNOC” 19% bahalaşaraq, 12.8 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “STC”  şirkətinin ümumi dəyəri isə 16% artaraq 10.6 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Etisalat” (10.1 milyard $) və “QNB” (7.1 milyard $) şirkətlərinə layiq görülüb.

Orta Şərq şirkətləri arasında son bir ildə ən çox dəyər qazanan (70%) Səudiyyə Ərəbistanı mərkəzli “Ma’aden” şirkəti 503 milyon dollar ilə siyahıda 55-ci yerə yüksəlib. “Agility” isə 48% dəyər itkisi ilə 47-ci yerdən 91-ci yerə geriləyib və regionun ən çox dəyər itirən şirkəti ünvanını alıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.