Home » İcmal büdcədə 208 milyon manat kəsir yaranıb

İcmal büdcədə 208 milyon manat kəsir yaranıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 8 milyard 852,8 milyon manat, xərcləri isə 9 milyard 60,8 milyon manat səviyyəsində icra olunub.

Maliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə icmal büdcədə 208 milyon manat həcmində kəsir (defisit) yaranıb.

İcmal büdcənin tərkib hissələri üzrə göstəricilərə əsasən, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 131,8 milyon manat, xərcləri isə 2 milyard 52,9 milyon manat təşkil edib. İşsizlikdən Sığorta Fondunun gəlirləri 58,9 milyon manat, xərcləri 38,4 milyon manat olub.

İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 569,3 milyon manat, xərcləri 454,6 milyon manat səviyyəsində icra edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 1 milyard 7,9 milyon manat, xərcləri isə 3 milyard 217,1 milyon manat təşkil edib.

Eyni dövrdə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 104,4 milyon manat, xərcləri isə 98,8 milyon manat olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.