Home » İctimai və sosial fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsi artırıldı – Video

İctimai və sosial fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsi artırıldı – Video

by anar
0 comments 1 views 1 minutes read

İctimai və sosial fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsi artırılıb.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsinin artırılmasıdır.

“Vergi ödəyicilərinin sosial – korporativ məsuliyyətindən irəli gələn maliyyə dəstək proqramlarının daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə hesabat ilinin mənfəətinin Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən meyarlara cavab verən, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsi 10 faizdən 15 faizə qaldırılıb.

Dəyişiklik vergi ödəyicilərinin ictimai və sosial layihələrə maliyyə yardımları ayırmalarına maraqlarının, eyni zamanda, həmin sahələrin maddi gəlirlərinin artırılması məqsədi daşıyır”, – qurumdan bildirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.