Home » İFC ilə əməkdaşlıqda əmək müfəttişliyinin müasir və risk əsaslı nəzarət mexanizmi yaradılır

İFC ilə əməkdaşlıqda əmək müfəttişliyinin müasir və risk əsaslı nəzarət mexanizmi yaradılır

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

“Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (İFC) arasında həyata keçirilən əməkdaşlıq ölkəmizdə əmək müfəttişliyi sisteminin təkmilləşməsi, xüsusən də müfəttişliyin müasir metodologiya üzrə və risk əsaslı nəzarət mexanizminin yaradılması işlərinə də töhfəsini verir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə İFC-nin Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə Baş Regional Meneceri Yan van Bilsenlə görüşdə bildirib.

S.Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, əmək, məşğulluq və sosial təminat sistemlərinin təkmilləşdirilməsinin Prezident İlham Əliyevin siyasətində prioritetlərdən olduğunu vurğulayıb. Bu sahədə aparılan islahatlar barədə məlumat verib. O,  nazirlik ilə İFC arasında səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etməsinin məmnunluq doğurduğunu deyib.

“Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi”ndən bəhs edən nazir bildirib ki, layihə çərçivəsində həyata keçirilən əməkdaşlıq əmək müfəttişliyi sisteminin institusional potensialının, əmək müfəttişlərinin peşə bacarıqlarının artırılmasında önəmli rola malikdir. Xüsusilə də layihə risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyaların və prosedurların mənimsənilməsi, risklərin təhlili, qiymətləndirilməsi, riskləri idarəetmə və kommunikasiya praktikalarının tətbiq edilməsi vasitəsilə ölkədə ümumi investisiya mühitinin yaxşılaşdırılmasına dəstək məqsədi daşıyır.

S.Babayev İFC ilə səmərəli əməkdaşlıq əlaqələrinin qarşıdakı dövrdə də inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Y.Bilsen İFC və Azərbaycan arasında əməkdaşlığıq təcrübəsini, xüsusilə də birgə iş müstəvisinin ildən-ilə genişlənməsini müsbət dəyərləndirib. O, ölkəmizdə aparılan islahatlarda mütərəqqi dünya təctübəsinə istinad olunmasının əsas prinsip kimi diqqətdə saxlanmasının, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət sahəsində qabaqcıl təcrübələrə əsaslanan risk əsaslı nəzarət modelinin hazırlanmasının əhəmiyyətini qeyd edib.

Görüşdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.