Azərbaycan – Özbəkistan regionalarası əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunacaq, Azərbaycan-Özbəkistan İşgüzar Şurasının 4-cü iclası keçiriləcək, bir sıra ikitərəfli sənədlər imzalanacaq.
Mayın 21-də Qubada Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə II Azərbaycan – Özbəkistan Regionlararası Forumu keçiriləcək.
Hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən nümayəndələrin iştirakl ilə keçiriləcək Forumda Azərbaycan – Özbəkistan regionlararası əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək ölkələrin işgüzar mühiti, investisiya layihələri barədə təqdimatlar, həmçinin Azərbaycan-Özbəkistan İşgüzar Şurasının 4-cü iclası keçiriləcək. Tədbir çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, I Regionlararası Forum ötən ilin fevralın 24-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilmişdi.