Home » İİTKM-də “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbir keçirilib

İİTKM-də “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbir keçirilib

by anar
0 rəy 5 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) kollektivinin ümumi iclasında əməkdaşların diqqətinə çatdırılıb.

Mövzu ilə bağlı çıxış edən İİTKM-in hüquqşünası Nigar Hafizqızı bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman, həmçinin, bundan irəli gələn məqsəd və vəzifələr nəzərə alınaraq, 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Müstəqillik dövründə ölkəmizdə insan hüquqlarının təmin edilməsi sahəsində böyük işlər görülüb.

Azərbaycan Ombudsmanı tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-ə kimi ölkədə “İnsan Hüquqları Aylığı” elan edilir. İİTKM-in kollektivi də builki “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərdə aktiv rol alır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.