Home » İİTKM-in şöbə müdiri Vyanada təqdimatla çıxış edib

İİTKM-in şöbə müdiri Vyanada təqdimatla çıxış edib

by anar
0 comments 3 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə “Beynəlxalq Valyuta Fondu” (BVF) İnstitutu və Birləşmiş Vyana İnstitutunun (JVI)  təşkilatçılığı ilə Vyana şəhərində keçirilən “Resurs zəngini ölkələrdə makroiqtisadi idarəetmə” kursunda “Azərbaycan: Makroiqtisadi siyasət” mövzusunda keçirilən təqdimatda iştirak edib.

Təqdimatda Azərbaycanın ümumi və qeyri-neft sektoru üzrə iqtisadi artımı, 2005-2024-cü illər ərzində artım performansı, iqtisadi artıma töhfə verən sektorlar, məcmu buraxılış kəsirinin son 20 ildə hərəkət dinamikası, monetar siyasəti və məzənnə rejimi, inflyasiyanın əsas səbəbləri və mənbələri, həmçinin Azərbaycan iqtisadiyyatının və ixracının diversifikasiyası,  müasir hesablama üsullarına əsaslanan şaxələndirmə əmsallarının müqayisəsi, SWAN modelinə  əsaslanan daxili və xarici sektorda Azərbaycanın mövqeyi və s. istiqamətlər üzrə iştirakçı ölkələrin, o cümlədən Beynəlxalq Valyuta Fondunun və Birləşmiş Vyana İnstitutunun aparıcı iqtisadçılarına məlumat verilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.