Home » İİTKM “Microsoft”un imkanlarından istifadə etməklə fəaliyyətini onlayn qurub

İİTKM “Microsoft”un imkanlarından istifadə etməklə fəaliyyətini onlayn qurub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Microsoft Azerbaijan”la əməkdaşlıq çərçivəsində “#evdəqal” layihəsinin qaydalarına əməl etmək üçün məsafədən iş rejiminin təmin edir. Belə ki, “Microsoft Azerbaijan” şirkəti İİTKM əməkdaşları üçün tam pulsuz və öhdəliksiz 180 günlük Office 365 E1 paketini xüsusi lisenziyailə təqdim edir. Cari təklifCOVID-19 virusunun yayılması ilə əlaqədar olaraq Microsoft şirkəti tərəfindən rəsmi olaraq təmin edilir və əməkdaşların evdən işləməsi üçün (WFH – Work From Home) nəzərdə tutulub.

  İİTKM-in İnformasiya Texnologiyaları mütəxəssisi Elgün Xəlilzadə bildirir ki,  Office 365 E1 paketinə – tam online Office 365 paketi (korporativ poçt, hər istifadəçi üçün 1TB bulud saxlancı, birgə və məsafədən əməkdaşlıq etmək üçün Microsoft Teams aləti, Word Online, Excel Online, PowerPoint Onlinevə.s ) daxildir. Məhz Microsoft Teams altəti əməkdaşların komanda şəklində işləmələri üçün (video müzakirələr, konfranslar və.s) daha geniş imkanlar yaradır. Onun sözlərinə görə, İİTKM-in əməkdaşları sistemdən internet bağlantısı olan istənilən məkandan və ixtiyari qurğudan kollektiv iş imkanı əldə edəcəklər.

 “Microsoft Azerbaijan”-nın  baş meneceri Qaçay Mirzəyev bildirib ki, İİTKM innovativ layihələrin tətbiqində qabaqcıl qurumlarındandı və “Microsoft Azərbaycan” İİTKM ilə əməkdaşlıqdan məmnundur. Bundan əlavə o qeyd edib ki, Azərbaycanda sosial izolyasiya tədbirlərinə qeyd-şərtsiz əməl etmək, evdə qalaraq, əmək fəaliyyətini davam etdirmək üçün bu müvafiq texnoloji həldən faydalanmaq məqsədə uyğundur.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Microsoft Azerbaijan”la imzalanan ikitərəfli əməkdaşlığa dair memarandum çərçivəsində bir neçə innovativ layihələrə imza atıb. İİTKM-in operatoru oldugu Azexport portalı Microsoft-un Azure platformasından istifadə edir.

Unutmayaq ki, #bizbirlikdəgüçlüyük!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.