Home » İki ölkənin iqtisadiyyatlarının taleyi: Rusiya və Ukrayna

İki ölkənin iqtisadiyyatlarının taleyi: Rusiya və Ukrayna

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Ötən həftə Rusiyanın Ukraynaya hərbi hücumundan 6 ay keçib. Kiyev İqtisadi Məktəbinin hesablamalarına görə, müharibə Ukraynaya 113.5 milyard dollardan çox zərər verib. Əsas sahələr, məsələn, kənd təsərrüfatı və polad istehsalı kifayət qədər böyük itkilər ilə üzləşib. Rusiya da müharibəyə görə ağır qiymət ödəyir, ancaq bu yenə də görünür ağır deyil.

BBN.az xəbər verir ki, bu haqda DW News proqramında deyilib.

International Monetary Fund (IMF) proqnozlaşdırır ki, bu il Ukraynanın Ümumi Daxili Məhsulu (ÜDM) 35% enəcək. Ukraynanın aylıq defisiti 5 milyard dollardır. “Müharibə başlayandan bəri, burdakı insanların gəlirləri yoxdur. Ölkədə təchizat problemi var. Əlbəttə, buradakı insanlar müharibənin ilk aylarında yığdıqları pullar ilə normal həyat yaşaya biliblər. Əmək haqları xaricdən gələn, məsələn IT sektorunda çalışan ukraynalılar işlərini davam etdirə biliblər. Ancaq insanlar 6 aydan sonrakı həyatlarını necə davam etdirəcəkləri haqqında düşünürlər”, – deyə DW-nin bu ölkədəki müxbiri deyib.

“Müharibənin başlarında bir çox Qərb şirkətləri ölkəni tərk etdilər, amma nəticədə qazanan Rusiya oldu. Onlar neft və təbii qazları üçün yeni alıcılar tapdılar, hətta ucuz qiymətə onu Çin və Hindistana satdılar”.

Məsələn, müharibənin əvvəlində, fevralın 24-də 1 dollar 80 rubl idi. Martın 4-də, ABŞ və Qərbin sanksiyalarından sonra rublun qiyməti enməyə başladı. Həmin zaman 1 dollar 116 rubl idi. Martın 31-dən sonra isə rublun qiyməti müharibədən əvvəlki səviyyəyə çatdı. İyunda rekorda çatdıqdan sonra, son həftələr isə rublun dəyəri stabilləşib. 1 dollar 60 rubldur. Müharibə başlayanda isə proqnozlar belə idi ki, 2022-ci ildə Rusiyanın iqtisadiyyatı çökəcək. Amma IMF-nin iyul proqnozunda isə bildirilib ki, sanksiyalara rəğmən Rusiyanın iqtisadiyyatı 2022-ci ildə cəmi 6% enəcək.

Müxbir bildirib ki, Ukraynanın ABŞ və Qərbdən maliyyə yardımı alır, amma problem burasındadır ki, bu özlərinin də bildirdiyi kimi vaxtında olmur.

“Bank of Russia”nın məlumatına, əsasən Rusiyanın cari hesab izafiliyi 2022-ci ilin yanvar-iyulunda rekorda çatıb, 166.6 milyard dollar olub. 2021-ci ilin eyni dövründə isə bu rəqəm 50.2 milyard dollar idi.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.