Home » İKZF-nin verdiyi kreditlərin həcmi 237,8 milyon manata çatıb

İKZF-nin verdiyi kreditlərin həcmi 237,8 milyon manata çatıb

by yunus
0 comments 0 views 0 minutes read

Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 237,8 milyon manat kredit verilib.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin həcmi isə illik müqayisədə 20,8% azalaraq 204,1 milyon manat təşkil edib.

İl ərzində İKZF istiqraz buraxmaqla 300 milyon manat vəsait cəlb edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% azdır.

Bununla yanaşı, Fonda dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 33,4% artaraq 63,9 milyon manata çatıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.