International Monetary Fund-ın (IMF) Oktyabr 2022-ci il Dünya İqtisadi Hesabat-ı açıqlanıb.
BBN.az IMF-in rəsmi saytına istinadən xəbər verir ki, maliyyə institutundan bildirilib ki, zəif qlobal inkişaf ən böyük iqtisadiyyatların olduğu ölkələrin göstəricilərinin enməsinə təsir edir.

Qurumdan qeyd edilib ki, ABŞ-da inkişaf proqnozunun enməsi monetar siyasət, Avrozonada enerji böhranı, Çində isə COVID-19 qapanmaları və zəif əmlak sektoru ilə bağlıdır. Qlobalda real Ümumi Daxili Məhsul (ÜDM) proqnozu 2021-ci ildə 6.0%, 2022-ci ildə 3.2% olub, 2023-cü il ilə bağlı isə 2.7% olacaq. Avrozonada isə inkişaf proqnozu 2021-ci ildə 5.2%, 2022-cü ildə 3.1% olub, 2023%-cü ildə isə 0.5% olacaq.