Home » ABŞ-da inflyasiya inadkarcasına yüksəkdir: FED üzərində yeni təzyiq yaranır

ABŞ-da inflyasiya inadkarcasına yüksəkdir: FED üzərində yeni təzyiq yaranır

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Sentyabrda ABŞ-da istehlakçı qiymət indeksi ilə bağlı hesabat göstərib ki, illik inflyasiya dərəcəsi 8.2% olub. Ötən ayda illik inflyasiya dərəcəsində isə avqust ayındakı 8.3% ilə müqayisədə cüzi dəyişiklik olub. Qiymətlərin yüksəlməsi sürəti isə son onilliklər ərzində yüksək olaraq qalır. Bu isə bir çox ailələr üçün çətinlik deməkdir. 

BBN.az xəbər verir ki, bu haqda NBC News TV proqramında bildirilib. 

TV proqramının aparıcısı, jurnalist Lester Holt deyib ki, görünür ki, Mərkəzi Bankın (FED) ağrılı faiz dərəcələrinin artımı ilə bağlı qərarı gözlənilir. Son 7 ayda ABŞ-da illik inflyasiya dərəcəsi ardıcıl olaraq 8%-dən yüksək olub. Bu isə Mərkəzi Bankın aqressiv və cəld reaksiyasına rəğmən baş verir. Bu il ərzində isə FED 5 dəfə faiz dərəcələrinin artımı ilə bağlı qərar qəbul edib. 

İnflyasiya isə 1982-ci ildən bəri ən yüksək səviyyədədir. Ölkədə ərzağın qiymətləri illik 11.2%, kirayə evlərin qiyməti 7.2%, sağlamlıq sığortasının dəyəri 28.2% artıb. Bu isə rekord rəqəmlərdən xəbər verir. Hökumətin elan etdiyi məlumata, əsasən isə ölkədə yaşam xərcləri 8.7% yüksəlib. Son 40 ildə isə sosial təhlükəsizlik ilə bağlı xərclər kəskin artıb. Bu isə aya 140 dollar daha çox rəqəm deməkdir.

NBC News TV-dən bildiriblər ki, inflyasiya ilə bağlı rəqəmlər isə FED üzərində faiz dərəcələrini yenidən artırmaq ilə bağlı təzyiq yaradır, noyabrın əvvəlində isə daha bir iclası olacaq. Bu isə kreditlərin, borcların, ipoteka kreditlərinin daha bahalı olacağından xəbər verir. İqtisadçılar isə deyirlər ki, daha çox faiz artımı iqtisadiyyat üçün ağrılı olacaq. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.