Home » Inanmaq görməkdir

Inanmaq görməkdir

by bbnadm
0 rəy 2 baxış 5 dəqiqə oxuma

Unutmaq asandır ki, hətta ən əhəmiyyətsiz kommersiya əməliyyatları kiçik etimad aktlarına əsaslanır. Qanunlar yaxşı davranışları təşviq edir, lakin dövlətlərin hər kəsin hər zaman yaxşı olmasını təmin etmək üçün kifayət qədər resursları yoxdur. Etimad cəmiyyətin həyatını dəstəkləyir. Sadə pizza sifarişi belə xəmirin yaxşı hazırlanmasına, pizza restoranının müştərinin kredit kart məlumatlarını sui-istifadə etməyəcəyinə və kuryerin yük ilə qaçmayacağına inam tələb edir. Daha mürəkkəb əməkdaşlıq münasibətlər, hansılar ki, uzunmüddətli iqtisadi artımı mümkün edir, daha yüksək etimad tələb edir. Yeni texnologiyalar, birgə istifadə-iqtisadiyyat tətbiqlərdən “blockchain”-ə qədər,  böyüməyə mane olan bəzi etibarlıq çatışmamazlığının aradan qaldırılması yollarını təklif edir. Lakin, inamsızlıq problemlərinin bu cür həllərinin sosial əlaqələri möhkəmləndirməsi və ya pozması sualına cavab vermək asan deyil.

Cəmiyyətdə inam sadəcə nəzakət deyil. Bu, bu mövzuda bir sənəddə deyildiyi kimi, “başqalarının birgə davranışından asılı olan fəaliyyət üçün resursların ayrılmasını” mümkün edir. Aşağı etimadlı cəmiyyətlər zənginliyin həssas anbarlarını qoruyaraq və dələduzlardan müdafiə edərək etibar oluna biləcək insanları tapmaq üçün xeyli vaxt və pul sərf edirlər. Bu cür yerlər uzunmüddətli investisiyalar üçün nəticəsiz bir zəmindir, hansının ki mənfəəti rəqiblər və ya hökumət tərəfindən oğurlana bilər. Bu arada, dünyanın ən zəngin ölkələrinin bəzilərində inam ən yüksək və fırıldaqçılıqdan qorunma ən aşağıdır. Etimad göstəriciləri ilə iqtisadi artım arasındakı qarşılıqlı əlaqənin tədqiqi onların arasında sıx əlaqə müşahidə edir. Bu, mütləq o demək deyil ki, biri digərinə səbəb olur. Lakin, araşdırmalar göstərir ki, inam ticarəti, maliyyə bazarlarında iştirak və investisiyaları artırır, daha çox etibarın yer daha zəngin olan fəaliyyəti stimullaşdırır, təxmin edərək ki, daha çox inam fəaliyyətləri stimullaşdırır, hansı ki, yeri daha zəngin edir.

Təəssüf ki, inam yetişdirmək çətindir. Bu, bir növ, sosial kapitaldır, hansı ki, zaman və səylərlə yaradılmalıdır. Təkrarlanan müsbət qarşılıqlı təsirlər və etibarlılıq nümayişləri qarşılıqlı etibarın əsasını təşkil edir. Yaxın icmalarda, tərif və utanc kimi emosional siqnallar, anti-icma fəaliyyətinə effektiv şəkildə maneə törədir. Sosial kapital zəngin olan bir şəraitdə kooperativ davranışdan qarşılıq yüksəkdir; siz qaydalar ilə oynayaraq və biznes quraraq daha çox pul qazana bilərsininz, nəinki, məsələn, ilk fürsətdə müqavilədən imtina etməkdən. Eynilə, etibarlılıq nadir hallarda aşağı etibarlılıqlı cəmiyyətlərdə verilir; dünyanın həm yüksək etimada malik dövlətlər, həm də etimadın aşağı olduğu dövlətlər yapışqandırlar.

Bacaraqlı insanlar etibarın dar yerlərini atlama yollarını yaxşı tapa bilirlər. Ailə və ya qəbilələrdən asılılıq – üzvlərinin maraqları, görünür, bütövlükdə əhalinin maraqlarından daha sıx bağlı olan qruplar – ortaq strateqiyadır. Ancaq, öz təbiətinə görə bu cür atlama yolları həcminə görə məhduddur və cəmiyyətin bir çox üzvlərini təcrid olunmuş vəziyyətdə saxlayır. Yeni texnologiyalar daha perspektivli yanaşma təklif edir. Şirkətin yarım internet vasitəsilə dünya məsafədə zavodlarda istehsalın monitorinq etmə qabiliyyəti o deməkdir ki, firmaların uzaq bir müəssisə açmaq üçün əvvəlcədən xarici təchizatçılarla dərin əlaqələr qurmağa ehtiyacları yoxdur. Pərakəndə satıcıları və banklar arasında şəbəkə əlaqələri müştərinin ödəmə qabiliyyətini yoxlamağa kömək edə bilər; blockchain, ümumi, ictimai və etibarlı rəqəmsal tranzaksiyaların qeydiyyatı, mərkəzi kontragentə olan ehtiyacı tamamilə aradan qaldırır.

Bu nailiyyətlər yeni investisiyalar və satışlar üçün yol təmizləyir. Lakin, onların uzunmüddətli nemət olub-olmadığını qiymətləndirmək çətindir. Böyük məlumatlar dünyasında insanlar yalnız elektron şəkildə yoxlanıla biləcək şeylərə etibar edə bilərlər. Bu yaxınlarda Nyu-York Şəhər Universitetindən Branko Milanoviç bloqunda bazar-yaradan proqramlar sayəsində mümkün olan işçi qüvvəsinin “kommodifikasiyasından” şikayətlənmişdir. O, özgələrin tez bir zamanda bizneslə məşğul olmaq imkanı insanların nəzakətli olma ehtiyacından azad etdiyini  iddia edir; onların etibar yaratma bacarıqları zəifləyə bilər. Eyni şəkildə, George Mason Universitetindən Tyler Cowen yaxınlarda fikir irəli sürmüşdür ki, insanlar intellektual maşınlarla əlaqəyə daha çox alışdıqca (Apple-in Siri-si kimi), hansılar ki, heç bir sosial nəzakətlilik tələb etmir, onlara insanlar ilə əlaqələr qurmaq daha çətin ola bilər. Texnologiyalar ayrı-seçkiliyi davam etdirə bilər: kreditləşmə qərarları vermə və ya insan nitqinin prosesləşməsi üçün istifadə olunan alqoritmlər, bəzən onlara ötürülən məlumatları analiz edərək “irqçi” olmağı öyrənirlər.

Kompüter “hə” deyir

Tarixən, lakin, texnologiya cəmiyyətin açılması üçün daha çox etmişdir, nəinki, onun ayrılması üçün. Yeni texnologiyalar kənar qruplara etibar etməyi asanlaşdırır. Məsələn, ictimai reytinqlər ayrı-seçkiliyi poza bilər. Adətən digər irq nümayəndələrini qarşısından ötüb keçə bilən taksi sürücüləri Uber-də yaxşı reytinqlərə köməyilə müxtəlif müştəriləri rahatlıqla götürə bilərlər. Məhşur yol-bölüşmə servisi olan BlaBlaCar tərəfindın aparılan sorğu müəyyən etdi ki, onun üzvlərinin 88%-i istifadəçilər arasında yüksək etimad səviyyəsi haqda məlumat vermişdirlər – kolleqalar və ya qonşulardan daha yüksək. Amerikada Harvard Universitetindən Alberto Alesina və Milanda Bocconi Universitetindən Eliana La Ferrara tərəfindən aparılan tədqiqat zamanı müəyyən oldu ki, irqi müxtəliflik və gəlir fərqlilik səviyyələri daha yüksək olan yerlər daha aşağı etimad səviyyəsinə malikdir. Belə sərhədlər vasitəsilə qarşılıqlı əlaqəni təşkil edərək, texnologiya etibar dairəsini genişləndirə bilər.

Proqramlar həmçinin tez-tez yaxşı davranışları təşviq edir. Uber öz sürücüləri üçün təqdim etdiyi və ya Yelp-nin Biznes üçün topladığı ictimai reytinqlər yaxşı müştəri xidmətinin yeni biznesin ələ keçirilməsi üçün getdikcə daha vacib olduğunu göstərir. Pis davranan firmalar və müştərilər, əbədi olaraq reputasiyalarını ləkələmək riski daşıyırlar.

Yaxşı davranışın təmin edilməsi üçün sosial panoptikuma dəstək iqtisadi artımın əsasını təşkil edən etimada o qədər də oxşamaya bilər. Airbnb-dən başqa mənşəli kimdənsə boş otaq kirayə götürmək bir şeydir, uzunmüddətli investisiyalar üçün dərin sosial əlaqələr qurmar isə digər. Böyük öhdəliklər üçün, insanlar birdən-birə texnologiyanın nə qədər təsirli olmasına baxmayaraq  sayıqlığını itirməyəcəklər. Və hələ də inam bir vərdişdir. Həyatın bəzi sahələrində əməkdaşlığı təşviq edən yeni texnologiyalar sosial kapitalın artmasına kömək edir, nəinki onu zəiflədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.