Avropa Mərkəzi Bankı (AMB) inflyasiya ilə mübarizə aparmaq üçün Avrozonanın faiz dərəcələrini rekord səviyyədə artırıb. Enerji qiymətlərinin yüksəlməsi fonunda regionda qiymətlər son yarım əsrin ən yüksək tempi ilə artır.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, AMB əsas faiz dərəcələrini faiz bəndinin ¾-ü qədər yüksəldib və ilin sonunda yeni artımın olacağı ilə bağlı xəbərdarlıq edib. Bank depozitlər üzrə əsas faiz dərəcələrini 0-dan 0.75%-ə, kreditlər üzrə isə 0.5%-dən 1.25%-ə yüksəldib.
Bank özünün faiz dərəcələrinin son 11 ildən çox müddətə ilk dəfə 2022-ci ilin iyulunda artırmışdı: “Qiymət təzyiqləri iqtisadiyyatda güclənməyə və genişlənməyə davam edir”, – deyə AMB-nin rəsmiləri özünün sonuncu qərarını şərh edərkən deyiblər.
Qeyd edək ki, Avrostat-ın sonuncu proqnozunda gözlənilirdi ki, avqustda regionda inflyasiya 9.1% olacaq, bu isə iyuldakı 8.9%-dən yüksəlmişdi. AMB isə proqnoz edir ki, 2022-ci ildə Avrozonada inflyasiya 8.1%, 2023-cü ildə 5.5%, 2024-cü ildə isə 2.3% olacaq. Ancaq təbii qazın qiymətlərində tez-tez baş verən dəyişiklikdən dolayı proqnozlarda qeyri-müəyyənlik qalmaqdadır.