Home » ING Group Azərbaycanda inflyasiya üzrə proqnozlarını yeniləyib

ING Group Azərbaycanda inflyasiya üzrə proqnozlarını yeniləyib

by Zeyneb
0 comments 2 views 1 minutes read

Niderlandın ən böyük bank qruplarından biri olan ING Group Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını yeniləyib.

Bankın yenilənmiş proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2026-cı ildə 5,4 %, 2027-ci ildə isə 4,6 % səviyyəsində olacaq.

Əvvəlki proqnozla müqayisədə cari il üzrə gözləntilər 0,1 faiz bəndi artırılıb, 2027-ci il üzrə proqnoz isə 4,3 faiz bəndi azaldılıb.

Bankın analitikləri hesab edir ki, 2026-cı ilin birinci rübündə orta illik inflyasiya 6 % (əvvəl 5,2 %), ikinci rübdə 5,7 % (əvvəl 5,4 %), üçüncü rübdə 5,1 % (əvvəl 5,3 %), dördüncü rübdə isə 4,9 % (əvvəl 5,5 %) olacaq.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin oktyabrında açıqladığı son proqnoza əsasən isə bu il illik inflyasiyanın təxminən 5,7 % olacağı gözlənilir.

Beynəlxalq təşkilatların proqnozları da fərqlidir. Birləşmiş Millətlər Təşkilatı bu il Azərbaycanda inflyasiyanı 3,1 % səviyyəsində qiymətləndirir. Dünya Bankı 2026-cı ildə orta illik inflyasiyanın 2,3 %, Asiya İnkişaf Bankı isə 3,5 % olacağını proqnozlaşdırır.

Bundan əlavə, beynəlxalq reytinq agentliyi Moody’s Azərbaycanda bu il orta illik inflyasiyanın 3 %, Fitch Ratings isə 4,6 % olacağını gözləyir. Fitch Solutions isə 2026-cı ildə inflyasiyanın 5,5 %, 2027-ci ildə isə 4,8 % olacağını proqnozlaşdırır.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə orta illik inflyasiya 2025-ci ildə 5,6 % təşkil edib. Bu göstərici 2024-cü ildə 2,2 % olmuşdu.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.