

“Bu həftə biz- Bank of England (İngiltərə Mərkəzi Bankı) faiz dərəcələrini (bank dərəcəsi) 0.5% artırıb və 4%-ə çatdırmışıq. Biz bu addımı ölkədə inflyasiyanın endiyinə və aşağı olacağına əmin olmaq üçün atmışıq. İnflyasiyanın endiyinə dair bəzi işarələr olsa da bu yenə də bizim 2%-lik hədəfimizdən uzaqdır”.
BBN.az bu haqda “Bank of England”ın rəsmi LinkedIn səhifəsindəki açıqlamasına istinadən xəbər verir.
“Bizim gözləntilərimizə görə 2023-cü ilin ortasında inflyasiya sürətli bir şəkildə enəcək və 4%-ə çatacaq. Biz gözləyirik ki, bundan sonra inflyasiya bizim hədəfimizə doğru enəcək”.