Home » İngiltərədə inflyasiya proqnozlara uyğun gəlməyib

İngiltərədə inflyasiya proqnozlara uyğun gəlməyib

by yunus
0 comments 1 views 1 minutes read

Böyük Britaniya Statistika İdarəsi (ONS) sentyabr ayına dair inflyasiya məlumatlarını açıqlayıb.

BBN.az xəbər verir ki, hesabat dövründə ölkədə istehlak qiymətləri avqust ayı ilə müqayisədə dəyişməyib. Halbuki “Bloomberg” tərəfindən aparılan sorğuda iqtisadçılar aylıq 0,1% artım gözləyirdilər. Yanvar ayından etibarən ardıcıl qiymət artımları müşahidə olunsa da, sentyabrda bu dinamika dayanıb.

İllik müqayisədə isə istehlak qiymətləri 3,8% artıb, halbuki proqnozlara əsasən bu göstəricinin 4% olacağı gözlənilirdi.

Bununla da, Böyük Britaniyada illik inflyasiya artıq ardıcıl üçüncü ay 3,8% səviyyəsində qalır və bu, fevral 2024-dən bəri ən yüksək göstərici hesab olunur.

Enerji və ərzaq qiymətlərini nəzərə almadan hesablanan əsas inflyasiya isə 3,5%-ə qədər enərək son dörd ayın minimum səviyyəsinə düşüb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.