Home » İngiltərədə 2023-cü il enerji ödənişləri ilə bağlı yeni proqnoz – Foto

İngiltərədə 2023-cü il enerji ödənişləri ilə bağlı yeni proqnoz – Foto

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Böyük Britaniyanın “Cornwall Insight” araşdırma şirkətinin ölkədə bir ailənin 2023-cü ildə enerji ödənişləri ilə bağlı yeni proqnozu müzakirələrə səbəb olub. Araşdırma şirkətinin məlumatına görə 2023-cü ildə illik enerji ödənişləri 4.266 funt sterlinq olacaq.

BBN.az BBC.com-a istinadən xəbər verir ki, belə yüksək proqnozun mənası budur ki, bundan sonra bir ailə enerji ödənişlərinə görə ayda hazırki qiyməti, yəni 164 funt sterlinq əvəzinə 355 funt sterlinq ödəyəcək. 

“Cornwall Insight”un proqnozu budur ki, bu il üçün illik enerji ödənişləri tənzimləyicilərin proqnozlarının əksinə illik 2.800 yox, 3.582 funt sterlinq olacaq. 

Bu ayın əvvəlində hökumət payızda gözlənilən yüksək inflyasiyadan dolayı ailələrə kömək olmaq üçün İngiltərə Şotlandiya, Uelsdə yaşayan ailələrə hissələr ilə 400 funt sterlinq ödəyəcək. 

Qeyd edək ki, ölkədə inflyasiya son 40 ilin ən yüksək səviyyəsindədir və enerji qiymətləri ilə bağlı yeni proqnoz isə ölkə mediasında müzakirələrə səbəb olub. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.