Home » İngiltərənin iqtisadiyyatı ilə bağlı vacib məlumatlar açıqlandı

İngiltərənin iqtisadiyyatı ilə bağlı vacib məlumatlar açıqlandı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rəsmi məlumatlar göstərib ki, Böyük Britaniyanın iqtisadiyyatı aprel-iyunda kiçilib.

“Aprel-iyun aylarını əhatə edən 2022-ci ilin II rübündə İngiltərənin iqtisadiyyatı 0.1% kiçilib”, – Milli Statistikalar Bürosunun məlumatında deyilib. Bu rəqəmlər, iqtisadi aktivliyi ölçən Ümumi Daxili Məhsulun (ÜDM) inkişaf etdiyi cari ilin I rübü ilə müqayisə edilib. 

BBN.az BBC.com-a istinadən xəbər verir ki, ölkənin Mərkəzi Bankı isə proqnoz edir ki, İngiltərə ilin sonunda iqtisadi tənəzzül ilə üzləşəcək və bu hal 2023-cü ildə il boyu davam edəcək.

Büro, həmçinin, II rüb ilə bağlı məlumatlar ilə yanaşı, iyunda iqtisadiyyatın 0.6% kiçildiyini xəbər edib, bu isə kraliçə Yelizavetanın Platin Yubleyini qeyd etmək üçün ektra bank tətilləri ilə bağlı olub.

Lakin yeni statistik göstəricilər iqtisadçıların gözlədiyi 1.3%-lik kiçilmə proqnozu ilə müqayisədə daha yaxşıdır. Bürodan deyilib ki, bank tətili aylıq ÜDM-yə təsir edib, ancaq rüblük nəticələrə təsiri isə az olub. 

Ekspertlər isə xəbərdarlıq edirlər ki, enerji qiymətləri növbəti apreldə illik 5.000 funt sterlinqə çatacaq. Ölkə mediasında isə müzakirə edirlər ki, hökumətin yaşayış qiymətlərinin artmasından dolayı yaranan böhranın qarşısını almaq üçün planları yoxdur. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.