Home » İngiltərənin Mərkəzi Bankı Kraliçanın vəfatından dolayı faiz dərəcələri ilə bağlı qərarında gecikir

İngiltərənin Mərkəzi Bankı Kraliçanın vəfatından dolayı faiz dərəcələri ilə bağlı qərarında gecikir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İngiltərənin Mərkəzi Bankı (Bank of England) Kraliça II Elizabeth-in vəfatı ilə bağlı olaraq faiz dərəcələri ilə bağlı vacib qərarını dayandırıb.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, qurumun yeni qərarının sentyabrın 22-də günorta saatlarında açıqlanacağı gözlənilir.

“Bank of England” gözlənilən qərarını dayandıran ilk qurum deyil, belə ki, bir çox ictimai fiqurlar həftə ərzində olacaq planlarına ölkənin ən uzun hakimiyyətdə olan (70 il) monarxının vəfatından dolayı təxirə salıb.

Cümə axşamı açıqlanacağı gözlənilən qərarın faizlərin artımı yönündə olacaq. İqtisadçılar isə gözləyirlər ki, ölkənin Mərkəzi Bankı faiz dərəcələrini 2.25%-ə yüksəldəcək, bu isə 2008-ci ilin dekabrından bəri ən böyük səviyyədir.

Ötən ay isə bank özünün faiz dərəcələrini son 27 ildə ilk dəfə ən yüksək səviyyəyə (1.25%-dən 1.75%-ə) çatdırmışdı. Bu qərar isə yüksələn inflyasiyanı nəzarətdə saxlamaq məqsədi daşıyırdı. İqtisadçılar, həmçinin, qeyd edirlər ki, İngiltərəni bu ildən sonra iqtisadi tənəzzül gözləyir. Hazırda ölkədə qiymətlər son 40 ildə ilk dəfə olduqca sürətlə bir şəkildə artır, inflyasiya isə 10.1%-ə çatıb. Tipik ingilis ailəsi üçün enerji qiymətlərində limit 2024-cü ilə qədər illik 2.500 funt sterlinq olacaq. Analitiklər isə deyirlər ki, ölkənin yeni Baş naziri Liz Truss-ın yeni planı hökumətə 150 milyard funt sterlinqə başa gələcək. Lakin Baş nazir isə açıqlamasında qeyd etmişdir ki, “qeyri-adi zamanlar, qeyri-adi ölçüləri çağırır”.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.