Home » Mərkəzi Bankın sədri Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentini qəbul etmişdir

Mərkəzi Bankın sədri Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentini qəbul etmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Mərkəzi Bankın sədri Taleh Kazımov arasında görüş keçirilmişdir.

Görüş zamanı Mərkəzi Bankın sədri ölkəmizin AYİB ilə uzunmüddətli əməkdaşlığının əhəmiyyətini vurğuladı. Sonra ölkədə mövcud iqtisadi vəziyyət, o cümlədən maliyyə sektorunda görülən işlər barədə məlumat verərək bildirdi ki, qlobal bazarlarda baş verən mürəkkəb proseslər, pandemiyanın ölkə iqtisadiyyatı üçün yaratdığı çətinliklərə baxmayaraq ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmuşdur.

Ölkədə yeni nəsil islahatlara start verildiyini, növbəti strateji dövr üçün milli prioritetlərin müəyyən edildiyini qeyd etdi. Bildirdi ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına, ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasına, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasına və Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinə yönəlmişdir. Qeyd olundu ki, ölkədə islahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla, xüsusilə AYİB ilə əməkdaşlıq daim mühüm rol oynamışdır. Əminlik ifadə olundu ki, AYİB strateji tərəfdaş kimi bu islahatlarda da Azərbaycana dəstək göstərəcəkdir.

Xanım Odil Reno-Basso öz növbəsində AYİB-in Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd etdi. Bildirdi ki, yaranmış qlobal iqtisadi təhdidlərlə mübarizə şəraitində ölkədə həyata keçirilmiş islahatlar uğurla davam etdirilir. Azərbaycanın elan etdiyi regional əməkdaşlıq təşəbbüsləri ölkə iqtisadiyyatının inkişaf potensialını daha da genişləndirir. Ölkədə AYİB-in dəstəyi ilə həyata keçirilən layihələrin statusu barədə məlumat verərək Azərbaycan iqtisadiyyatında həyata keçirilən müvafiq islahatlara bundan sonra da dəstək veriləcəyini ifadə etdi.

Görüşdə Mərkəzi Bank ilə AYİB arasında mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi imkanları və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.