Home » “İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun iclası keçirilib

“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun iclası keçirilib

by Aytac
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarım ili üzrə monitorinq və qiymətləndirilməsinə dair ümumi hesabatının “İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunda müzakirəsi keçirilib. “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət” məqsədləri üzrə aparılan müzakirələr onlayn qaydada baş tutub.

İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirləri qeyd edib.  O, “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioritet üzrə görülən işləri diqqətə çatdırıb. İşçi qrupun fəaliyyət istiqamətlərinə aid tədbirlərin icra vəziyyəti, həmçinin son illərdə həyata keçirilmiş sosial islahatlar, sosial ödənişlərdəki artımlar, həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımlar barədə məlumat verib.

Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)  Monitorinq və qiymətləndirmə şöbəsinin Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Rövşən Rəhimov müzakirələrdə səsləndirilən fikirlərin hesabatlarda nəzərə alınacağını və bu baxımdan aktiv fikir mübadiləsinin aparılmasının önəmli olduğunu qeyd edib.

İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov hazırlanmış tərəqqi hesabatını təqdim edib. İşçi qrupun üzvləri hesabat üzrə müzakirələr aparıb, təklif və iradlarını səsləndiriblər.

“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İİTKM ilə yanaşı, Maliyyə, İqtisadiyyat, Xarici İşlər, Daxili İşlər, Ədliyyə, Elm və Təhsil, Səhiyyə nazirlikləri, həmçinin Mərkəzi Bank, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Miqrasiya Xidməti və Gənclər Fondunun müvafiq şöbələrinin rəhbər şəxsləri təmsil olunurlar.

Qeyd edək ki, Baş nazirin 12 iyun 2023-cü il tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.