4
DOST Agentliyində “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsi çərçivəsində daun sindromlu şəxslərlə “İnklüziv futbol turniri” keçirilib. “Korporativ DOST” altproqramı çərçivəsində “Könüllü DOST” proqramının təşkilatçılığı ilə keçirilən turnirdə 4 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Turnirin təltifetmə mərasimində DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev, AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri, veteran futbolçu Fərrux Hüseynov, veteran futbolçular Ruslan Abışov və Yunis Hüseynov da iştirak ediblər.
Layihənin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.
Layihə “PAŞA Sığorta” ASC-nin baş sponsorluğu, “McDonald’s Azerbaijan”, “Təmiz Şəhər” ASC, “LİBRAFF” kitab mağazaları şəbəkəsi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Natavan Gallery&Club”-ın sponsorluğu, Birgə və Sağlam İctimai Birliyi, Qayğı – Sağlam Nəsil Naminə İctimai Birliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Gözdən Əlillər Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilir.