14 dekabr 2023-cü il tarixində Azərbaycancan Banklar Assosiasiyasının (ABA) nəznində fəaliyyət gösətərən “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu” “MARSH – MERCER” şirkətinin nümayəndələri arasında görüş baş tutub.
Görüşdə, dünyada sığorta, təkrarsığorta və risk məsləhətləri (risk consulting) xidmətləri üzrə aparıcı broker şirkəti haqqında məlumat verilmişdir. MMB brendi (Marsh Mercer Benefits) MARSH və MERCER, Marsh & McLennan Holding-in törəmə şirkət olduğu qeyd edilmiş, MERCER şirkətinin ən böyük İnsan Resursları Həlləri üzrə (HR Solutions) məhsulların təqdimatı və konsaltinq xidmətləri üzrə dünyada tanındığı bildirilmişdir.
MMB brendi dünyada və həmçinin, Azərbaycanda çalışan şirkətlərinin (o cümlədən, bank və maliyyə institutlarının) rəhbər və HR işçiləri üçün müxtəlif həllərini təqdim edir. Görüşdə şirkət tərəfindən banklar üçün müxtəlif sorğuların keçirlməsi, HR sahəsində müştəlif imkanların yaradılması məsələləri müzakirə edilmişdir.