Home » “Intel” süni intellekt startaplarına 132 milyon dollar sərmayə qoyur

“Intel” süni intellekt startaplarına 132 milyon dollar sərmayə qoyur

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kaliforniya mərkəzli texnologiya nəhəngi “Intel” korporasiyasının investisiyalar üzrə törəmə qurumu “Intel Capital” cari ildə texnologiya investisiyalarına 300 milyon dollardan artıq vəsait yatıracağını açıqlayıb. Büdcədə isə, bu vəsaitin maksimal 500 milyon dollara qədər genişləndirilə biləcəyi vurğulanıb.

244.5 milyard dollarlıq bazar kapitalizasiyasına malik olan şirkət süni intellekt sahəsində fəaliyyət göstərən 11 startapa 132 milyon dollar həcmində maliyyə vəsaiti ayıraraq investisiya portfelini genişləndirib. Bu startaplara Astera Labs, Axonne, Hypersonix, KFBIO, Lilt, MemVerge, ProPlus Electronics, Retrace, Spectrum Materials, Xsight Labs ilə yanaşı, “Fortune 500” şirkətlərinə süni intellekt vasitəsilə avtonom biznes monitorinqi və data analitikası xidmətləri təklif edən “Anodot” da daxildir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.