![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
International Monetary Fund (IMF) tərəfindən bildirilib ki, Böyük Britaniya yeganə G7 millətlərinə daxil olan ölkə olacaq ki, 2023-cü ildə iqtisadiyyatı kiçiləcək.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, IMF-dən bildirilib ki, ölkə digər inkişaf etmiş iqtisadiyyatlar ilə müqayisədə daha pis performans nümayiş etdirəcək.
Burada yaşam xərclərinin artması ailələrə təsir etməyə davam edəcək. Təşkilat bildirib ki, yeni proqnoz ölkənin yüksək enerji qiymətləri, inflyasiya kimi maliyyə vəziyyətini əks etdirir. “Bu il ipoteka sahibləri faiz artımlarını görəcəklər”, – deyə təşkilat bildirib və qeyd edib ki, bu da “Bank of England”ın inflyasiyanı aşağı salmaq üçün faiz artımlarına davam etməsi ilə bağlı olacaq. Təşkilatdan qeyd edilib ki, əvvəlki proqnozlardakı kiçik artımlar ilə müqayisədə 2023-cü ildə ölkənin iqtisadiyyatı 0.6% kiçiləcək. Eləcə də International Monetary Fund əlavə edib ki, payız bəyanatından sonra hazırda ölkə düzgün yoldadır.