Home » “İnvestor” Stimullaşdırıcı lotereyasının dördüncü-sonuncu tirajının qalibləri müəyyənləşib

“İnvestor” Stimullaşdırıcı lotereyasının dördüncü-sonuncu tirajının qalibləri müəyyənləşib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“İnvestor” Stimullaşdırıcı lotereyasının 15 noyabr 2022-ci il tarixində dördüncütirajı keçirilmişdir. Qeyd edək ki, bu “İnvestor” Stimullaşdırıcı lotereyasının sonuncu tirajıdır. Dördüncütiraj Bakı Fond Birjasının inzibati binasında KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş və  Bakı Fond Birjasının rəsmi Facebook səhifəsində canlı yayımlanmışdır.

Dördüncü tirajda 14 sentyabr – 14 noyabr tarixlərində müvafiq şərtləri ödəyən lotereya biletləri oynanılmışdır və həmin lotereya biletlərinin içərisindən üç şanslı investor seçilərək hər birinə 1000 manat qazanmışdır. Dördüncütirajın qaliblərini Siz də tanıyın:

İrina Yakovenko (Bilet nömrəsi İST 0773)

Elçin Eyvazov (Bilet nömrəsi İST 0257)

Jozef Jaroslaw Dawidczyk (Bilet nömrəsi İST 0708)

Qalibləri bir daha təbrik edir və bildiririk ki, “İnvestor” Stimullaşdırıcı lotereyası bundan sonra da istiqraz alıcılarını sevindirməkdə davam edəcəkdir. Belə ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarətdir və İnvestisiya Şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000 manat qazanmaq şansı təqdim edir.

Nəzərinizə çatdıraq ki, “İnvestor” stimullaşdırıcı lotereyası 9 mart 2022-ci il və 15 noyabr 2022-ci il tarix aralıqlarında 4 tirajda keçirilmişdir. İlk tiraj 10.05.2022-ci ildə, ikinci tiraj 13.07.2022-ci ildə, üçüncü tiraj isə 14.09.2022-ci ildə keçirilmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.