Home » İordaniya və Cibuti nümayəndə heyətləri DOST Agentliyində olublar

İordaniya və Cibuti nümayəndə heyətləri DOST Agentliyində olublar

by anar
0 comments 0 views 1 minutes read

Beynəlxalq Forum çərçivəsində keçirilən sərgidə DOST İnklüziv İnkişaf və

 Yaradıcılıq Mərkəzində hazırlanmış əl işləri də təqdim edilib.

Ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının üzvü, Əlilliyi olan Şəxslərin Komitəsinin sədri Asia Abdel Mutaleb Yaghinin və Cibuti Respublikasının Əlilliyi Olan Şəxslər üzrə Milli Agentliyinin Baş Direktoru Doualeh Said Mahamoudun rəhbərlik etdikləri nümayəndə heyətləri DOST Agentliyində olublar.

Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipləri barədə onlara məlumat verilib.

DOST Agentliyində hər iki nümayəndə heyəti ilə keçirilən görüşlərdə Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST xidmətləri barədə ətraflı məlumat verib. DOST mərkəzlərində ötən dövrdə 3,4 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib. DOST konsepsiyasına dair təqdimat edilib, əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bakı   Konqres   Mərkəzində   Qeyri-Hökumət   Təşkilatlarına   Dövlət   Dəstəyi Agentliyinin Azərbaycan Milli QHT Forumu ilə birgə təşəbbüsü ilə keçirilən “Həmrəy fəaliyyət: yeni   və   ədalətli   dünya   üçün   Qlobal   Cənub   QHT-lərinin   gücləndirilməsi”  Forumu çərçivəsində milli sənətkarlıq nümunələrindən ibarət sərgi nümayiş etdirilib.

Sərgidə   DOST   İnklüziv   İnkişaf   və   Yaradıcılıq   Mərkəzində   hazırlanmış   əl işlərindən ibarət guşə də yer alıb.  116   ölkədən   nüfuzlu   qeyri-hökumət   təşkilatlarının   rəhbərləri   və   vətəndaş cəmiyyəti nümayəndələrinin qatıldığı konfrans iştirakçıları Mərkəzin təlim studiyalarında təlimçi və benefisiarların ərsəyə gətirdiyi əl işlərinə baxıblar.  

Ekspozisiyada bədii tikmə və oymaçılıq, təsviri incəsənət, dulusçuluq, floristika, xalçaçılıq nümunələri sərgilənib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.