

İyulda ABŞ-da işəqəbul gözləniləndən daha yaxşı olub və iqtisadi bərpanın sürətinin itdiyinə dair əlamətlərə qarşı çıxıb. Dow Jones-un 3.6%-lik təxminlərinə rəğmən iyulda ABŞ-da işsizlik nisbəti 3.5% olub.
BBN.az NBC News proqramına istinadən xəbər verir ki, bu haqda ötən cümə günü Əmək Statistikaları Bürosunun hesabatında deyilib.
Əmək haqlarında da artım qeydə alınıb, ay ərzində orta hesabla bir saat üçün gəlir 0.5% artıb, bir il əvvəl eyni vaxt ilə müqayisədə isə artım 5.2% idi.
Bu rəqəmlər o zaman gəlib ki, ölkədə istehlak qiymətləri 1980-ci illərdən bəri ən sürətli bir şəkildə artıb. Bazar isə daha öncə hesabata neqativ şəkildə reaksiya verirdi, məsələn, Dow Jones-un səhmləri 200 bənddən çox aşağı enmişdi.
İyulda daha çox iş yerləri əlavə edən sahələr isə turizm, biznes xidmətləri, səhiyyə, emal, tikinti sənayesi olub.