Home » İqtisadiyyat nazirinin müavini Naftalanda vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Naftalanda vətəndaşları qəbul edib

by anar
0 comments 0 views 0 minutes read

Vətəndaşların sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin genişləndirilməsi və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naftalan şəhərində Naftalan şəhəri və Goranboy rayonundan olan vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin, verilməsi, istehsal və emal müəssisələrinin genişləndirilməsi və digər məsələlərlə bağlı olub.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.