Home » İqtisadiyyat Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə dövlət-özəl tərəfdaşlığı proqramlarının rəhbəri Mehita Fanni ilə görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektiv layihələr barədə müzakirə aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Avropa regionu üzrə dövlət-özəl tərəfdaşlığı proqramlarının rəhbəri xanım Mehita Fanni ilə görüşündə ölkəmizin İFC ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyi vurğulanıb, təşkilatın biznes mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi kimi istiqamətlər üzrə ölkəmizdə reallaşdırılan layihələrə dəstəyinin əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycanın sosial-iqtisadi hədəfləri, o cümlədən, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı yönündə islahatlar, biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl tərəfdaşlığı, azad olunmuş əraziərimizdə reinteqrasiya tədbirləri və s. barədə məlumat verilib, İFC ilə tərəfdaşlığın gücləndirilməsi imkanları bildirilib.

Tərəflər əməkdaşlığın prioritet istiqamətləri, dövlət-özəl tərəfdaşlığının təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirə aparıblar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.