Home » İqtisadiyyat Nazirliyində ICIEC-in Baş icraçı direktoru ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində ICIEC-in Baş icraçı direktoru ilə görüş keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ticarətin və investisiyaların təşviqi, biznes mühiti üçün sığorta alətlərinin təqdim edilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İxrac Kreditləri və İnvestisiyaların Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Usama Kaysi ilə görüşüb.

Görüşdə Azərbaycanın İslam İnkişaf Bankı (İsDB) Qrupuna daxil olan İxrac Kreditləri və İnvestisiyaların Sığortalanması üzrə İslam Korporasiyasına (ICIEC) üzvlüyü ilə bağlı müvafiq qətnamənin qəbulundan ötən dövr ərzində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülmüş tədbirlər barədə məlumat verilib, Korporasiya ilə əməkdaşlığın yüksək qiymətləndirildiyi vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında əməkdaşlıqla bağlı təkliflər səsləndirilib.

Tərəflər ticarətin və investisiyaların təşviqi, biznes mühiti üçün sığorta alətlərinin təqdim edilməsi və birgə layihələrin reallaşdırılması, Azərbaycan üzrə inkişaf prioritetlərinin siyahısı və onların bölgüsünə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, 1-4 iyun 2022-ci il tarixlərində Misir Ərəb Respublikasının Şarm Əl Şeyx şəhərində keçirilmiş İslam İnkişaf Bankının 47-ci İllik Toplantısı çərçivəsində ölkəmizin Korporasiyaya üzvlüyü ilə bağlı müvafiq qətnamə qəbul olunub. Korporasiyaya üzvlük prosedurlarına uyğun olaraq İCİEC-in Təsis Sazişi Azərbaycan Respublikasının 11 oktyabr 2022-ci il tarixli Qanunu ilə təsdiq edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.