İran Ani Ödənişlər Sistemi istifadəyə verəcək

İran Mərkəzi Bankı dekabr ayında ölkədə Ani Ödənişlər Sistemini istismara verəcək. Bu barədə, İran Mərkəzi Bankının Ödənişlər Departamentinin sədri Davud Muhammed mətbuata açıqlamasında bildirib. O vurğulayıb ki, bu sistem pul köçürmələrində kart-to-kart sistemini əvəz edəcək. Artıq istifadəçilər köçürmələr üçün kart məlumatlarından deyil, hesab məlumatlarından istifadə edəcəklər. Banklararası böyük həcmli köçürmələr də bu sistem vasitəsilə həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən reallaşdırılan Ani Ödənişlər Sistemi (AÖS) 2020-ci ilin avqust ayında pilot rejimində, oktyabr ayından etibarən isə real rejimdə fəaliyyətinə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır